Zaxarov: Rusiya həmsədrlik missiyasını keyfiyyətlə yerinə yetirir | 1news.az | Xəbərlər
Siyasət

Zaxarov: Rusiya həmsədrlik missiyasını keyfiyyətlə yerinə yetirir

12:39 - 31 / 01 / 2019
Zaxarov: Rusiya həmsədrlik missiyasını keyfiyyətlə yerinə yetirir

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməyib.

1news.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O bildirib ki, Moskva münaqişənin nizamlanmasında öz vasitəçilik missiyasını yerinə yetirir:

“Hesab edirəm ki, biz bu missiyanı yaxşı niyyətlə və keyfiyyətli şəkildə icra edirik. Biz son aylar Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyələrdə baş tutmuş grüşləri alqışlayırıq.Tərəflərin bununla bağlı verdiyi konstruktiv qiymətləri eşitmişik və hesab edirik ki, bu, irəliləmək üçün doğru yoldur”.

P.Sultanova

Paylaş:
612

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər