SOCAR-ın EWE Turkey Holding-i satın alması Azərbaycan və Türkiyəyə nə qazandıracaq? – EKSPERT RƏYİ
SOCAR-ın Türkiyənin ən böyük xarici investoru – Almaniyanın EWE AG enerji şirkətinə daxil olan EWE Turkey Holding-i satın alması istər Azərbaycan, istərsə də Türkiyə üçün çox sərfəlidir.
1news.az-ın verdiyi xəbərə görə, bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib:
“Burada elə görünür ki, bir şirkət gedib, digəri gəlir. Lakin vacib məqam var – bazara öz qazı olan şirkət gəlir”.
Genişmiqyaslı investisiya layihələri ilə regionun ən böyük istehsal güclərindən biri olmağı hədəfləyən SOCAR, “EWE Turkey Holding”ə daxil olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom şirkətlərini satın alması şirkətə təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq.
“2013-cü ildən SOCAR illik 1,2 kubmetr təbii qazın Türkiyə bazarına satması ilə bağlı lisenziya alıb. Yəni SOCAR “Şahdəniz”dəki payını pərakəndə bazarına çıxararaq satıb. İndi isə şirkət Türkiyədə, eləcə də Gürcüstan bazarında qazın paylanılması imkanını əldə edib”, - deyə İ.Şaban bildirib.
EWE Turkey Holding-i əldə etməklə Azərbaycanın Dövlət Neft Şirkəti Türkiyənin iri şəhərləri – Bursa və Kayseriyə qaz təchiz edəcək.
“Bu regionlar əhalinin sıxlığı və sənaye müəssisələrinin çoxluğu ilə fərqlənir. Bu da həmin regionlarda qaza tədarükün yüksəkliyini bildirir. Qazlaşdırma yüksək olduqca, mənfəət də artacaq”, - ekspert vurğulayıb.
Beləliklə SOCAR Azərbaycan və Gürcüstanda əldə etdiyi zəngin təcrübəsini Türkiyədə də tətbiq edəcək.
“Digər tərəfdən də, əgər əvvəllər yalnız “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində BTC vasitəsilə xam neft nəql olunurdusa, indi qaz layihələri çərçivəsində yalnız xammalın ixcracından asılı deyilik. Yəni indi istər Azərbaycanda, istərsə də ölkə xaricində qaz nəql olunur ki, bunun bir hissəsi yarımfabrikatların istehsalına yönəlir, həmçinin qaz-kimya materialları şəklində satılaraq nəql etmədə və bölgüdə də qazanırıq. Bununla Dövlət Neft Şirkəti nə sovet dövründə, nə də müstəqilliyin ilk illərində məşğul olmayıb. Bu, yalnız 2009-cu ilin ortasında mümkün olub”, – İlham Şaban deyib.
Qeyd edək ki, son 12 ildə Türkiyə bazarında təbii qaz təchizatını həyata keçirən SOCAR bu ildən etibarən Türkiyə ilə Azərbaycanın böyük müştərək layihəsi olan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) vasitəsilə əməliyyatlarını genişləndirir. “EWE Turkey” şirkətinin satın alınması ilə Azərbaycan şirkəri təbii qaz paylanması sahəsində əlavə dəyər qazandıracaq.
Sonda İlham Şaban qeyd edib ki, 2018-ci ilin sonuna SOCAR-ın Türkiyə iqtisadiyatına investisiya yatırımı 14,2 milyard dollar təşkil edib. 2023-cü ildə, Türkiyə Cümhuriyyətin 100 illiyini qeyd edən zaman bu investisiyaların həcmi 19 milyard dollara qədər yüksəlməsi proqnozlaşdırılır.
Tərcümə: S.Xankişiyeva