Qazaxıstan səfiri Bakı meri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstan səfiri Bakı meri ilə görüşüb

16:55 - 01 / 02 / 2019
Qazaxıstan səfiri Bakı meri ilə görüşüb

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Bakı şəhəri İcra hakimiyyətinin başçısı meri Eldar Əzizovla görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüş zamanı Qazaxıstan və Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf edən əlaqələr nəzərə alınmaqla, Qazaxıstanın iri şəhərləri, o cümlədən Astana, Almatı ilə Bakı arasında sıx əməkdaşlıq qurulmasının vacibliyi diqqətə çatdırılıb.

Bu kontekstdə, qazaxıstanlı diplomat Bakı merini 2019-cı il mayın 16-17-də keçiriləcək “Ruhlandırıcı artım: insanlar, şəhərlər, iqtisadiyyat”  mövzusunda Astana İqtisadi Forumunun keçirilməsi barədə məlumatlandırıb.

O deyib ki, forum çərçivəsində insan kapitalının inkişafı, beynəlxalq bilik və innovasiya mərkəzləri kimi şəhərlərin potensialının gücləndirilməsinə yönəlmiş yeni yollarını tapılmasına dair müzakirələr aparılacaq.

Öz növbəsində, E. Azizov qardaş Qazaxıstan ilə əməkdaşlığa tam hazır olduğunu bildirərək, paytaxt Astana ilə qarşılıqlı faydalı əlaqələrin qurulmasına marağını ifadə edib.

P.Sultanova

 

Paylaş:
587

Son xəbərlər

Bütün xəbərlər