Gələn ay 82 dövlət əmlakı hərraca çıxarılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn ay 82 dövlət əmlakı hərraca çıxarılacaq

17:41 - 04 / 02 / 2019
Gələn ay 82 dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar özəl sektorun  inkişafını stimullaşdırır. Özəlləşdirilən dövlət əmlaklarının müasir formada yenidən qurulması ilə daxili istehsal artır, regionlar üzrə sahibkarlıq fəaliyyəti genişlənir. Belə müəssisələrin uğurlu fəaliyyəti digər investorları özəlləşdirmə prosesində iştiraka həvəsləndirir. Rahat seçim, sifariş və iştirak prosedurlarının olduğu növbəti hərraclardan biri 5 mart tarixində keçiriləcək.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, martın ilk özəlləşdirilmə hərracına ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

Budəfəki hərracda özəlləşməyə çıxarılan kiçik dövlət obyektlərinə Şəmkirdə balıq zavodu, Şabran və Balakəndə mehmanxanalar, digər şəhər və rayonlarda mağaza, yeməkxana, şadlıq evləri və kinoteatr kimi müəssisələr aiddir. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9 min 297 kv.m arasındadır. Saatlıda yerləşən bu növ dövlət əmlaklarının isə ümumi faydalı sahəsi 420 kv.m-ə qədərdir. Təmir-tikinti sahəsinə aid olan bu müəssisələri investorlar torpaq sahəsi ilə birgə özəlləşdirə bilər. Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki "Dəvəçi" Mehmanxanası da sərmayəçi üçün maraqlı ola biləcək dövlət əmlaklarındandır. Turizm sektorunda gəlirli fəaliyyət potensialı olan obyektin ümumi faydalı sahəsi 582.5 kv.m, torpaq sahəsi isə 1583.5 kv.m-dir.

Biznes fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri Samux, Gəncə və Sabirabadda yerləşir. Hərraca çıxarılan bu növ dövlət əmlakları arasında ən yüksək- 266.7 kv.m ümumi faydalı sahəsi olan obyekt paytaxtın Nərimanov rayonu, F.Yusifov küçəsindədir. Ticarət, iaşə və xidmət fəaliyyəti üçün uyğun olan digər qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 22.2 kv.m ilə 176.7 kv.m arasındadır.

Dövlətə məxsus səhm paketlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Hərraca 30%-45%-lik səhm paketləri çıxarılan əmlaklara “Ağcabədi Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Yevlax taxılçı“, “Zabrat Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Hərraca çıxarılan avtomobillər “Volkswagen”, “Toyota”, “Chevrolet” və “Nissan” markalarına aiddir. Bu nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2010-cu illərdir. Bu əmlaklar üzrə təyin olunmuş ilkin hərrac qiyməti 4 min manat ilə 8 min manat arasındadır.

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) hər bir dövlət əmlakı haqqında ətraflı məlumat yerləşdirilir. Vətəndaş seçdiyi dövlət əmlakını elektron formada sifariş verməklə hərracda canlı və onlayn formada iştirak edə bilər.

1news.az

Paylaş:
528

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər