Bakının bu ərazilərində su olmayacaq

Bu gün Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 5 fevral 2019-cu il tarixində gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
1news.az
261