Huawei Mate 20 Pro smartfonu ilə şəkil çəkilişlərinə dair tövsiyələr – FOTO
Mobil fotoqrafiya dünyası getdikcə daha cəlbedici görünür və pərəstişkarlarının sayı artır.
Çətin ki, hazırda gündə ən azı bir dəfə öz smartfonu ilə şəkil çəkməyən bir insan tapıla. Hətta peşəkar fotoqraflar da ağır fotoaparatını bir kənara qoyub sadəcə bir telefonla səyahət və ya gəzməyə çıxmağa hazırdır - axı müasir smartfonlar mükəmməl nəticəni verməklə çoxsaylı faydalı və maraqlı funksiyalara malikdir. Huawei Mate 20 Pro smartfonu ilə çəkdiyiniz şəkilləri maxsimum effektli etməklə bağlı bir neçə sadə tövsiyəmiz var.
Maraqlı işıqlanma anını tutun. Hətta ən adi bir süjet belə ifadəli işıqlandırma sayəsində dəyişə bilər. Günəşli havada fotoçəkiliş üçün ən uğurlu vaxt günəşin çıxması və batması saatlarındadır - günəş üfüqü aşmadıqda. Həmçinin sıx buludlar arxasından saçan günəş şəfəqləri də çox effektli şəkillərin çəkilməsinə səbəb ola bilər. Günəş işığı modelin arxasında olarkən şəkil çəkməyi sınayın - bu, kadrda yüngül bir istilik mühitini formalaşdıracaq və saçların effektli işıqlandırılmasına səbəb olacaq.
Fon imkanlarından istifadə edin. Bunun sayəsində şəkli əsas obyekt üzərinə tuşlaya biləcəksiniz və foto əlavə detallarla yüklənməyəcək. Fotoda arxa fonun tutqunlaşması şəklin həcm effektini yaradır. Huawei Mate 20 Pro smartfonu fonun tutqunlaşdırılması səviyyəsini dəqiq tənzimləməyə imkan verir. Bununla da sosial şəbəkələrdəki şəkilləriniz peşəkar kamera ilə çəkilmiş şəkillərdən heç nə ilə fərqlənməyəcək. Bundan başqa, peşəkar kameraların obyektivinə xüsusi alətlərin birləşdirilməsi ilə əldə edilən maraqlı "boke" effektləri (ürəklər, spirallar və s.) bu yeni smartfonda mövcuddur.
Genişbucaqlı optikanı sınayın. Huawei Mate 20 Pro smartfonunda genişbucaqlı formatda fotoçəkiliş seçimi verilir - bu yolla iri obyektlərin (məsələn, arxitektura nümunələri) şəklini yaxın məsafədən çəkmək mümkündür. Geniş bucaq həm də perspektivi vurğulamağa və obyekti vizual cəhətdən ön plana çıxarmağa imkan verir. Genişbucaqlı optika ilə fotoçəkilişlər peyzaj fotoqrafları arasında çox geniş yayılıb - effektli və dinamik çoxplanlı kompozisiyaların ərsəyə gətirilməsinə imkan verir.
Şəkilləri alatoranlıqda çəkin. Şəhərdə işıqlar yandırılanda və səmada qırmızılı-mavili çalarlar peyda olduqda - günəş batandan dərhal sonra və ya günəş çıxmazdan əvvəl şəkil çəkmək üçün maraqlı bir vaxtdır. Huawei Mate 20 Pro smartfonu alatoranlıqda keyfiyyətli şəkillərin çəkilməsinə imkan verir. Maksimum ifadəli nəticəni əldə etmək üçün xüsusi "gecə" rejimindən istifadə edin. İmkan daxilində telefonu fokuslayın – bu, uzun zaman maraqlı effektlərlə işləməyə imkan verəcək. Məsələn, ötüb keçən avtomobillərin işıqlarının izini yaddaşa həkk etmək. Bunun üçün smartfonda həm əl rejimi, həm də xüsusi rejimlər ("İşıq", "İşıqlı qraffiti", "Ulduzlar") vardır.
Ağ-qara kadrlar. Canlı rənglər ecazkar görünsə də, bəzi süjetlər monoxrom variantda daha ifadəli çıxır. Kadrı rəngsizləşdirməklə tamaşaçının diqqətini işıq və kölgə oyununa, maraqlı kontrastlara və ya xətt hərəkətlərinə yönəldə bilərik. Ağ-qara çəkiliş hər zaman tərz görünən bir klassika hesab olunur. Huawei Mate 20 Pro smartfonunda rahat monoxrom rejim mövcuddur. Bu rejim vasitəsi ilə şəkilçəkmə ayarlarını əl ilə tam idarə etmək mümkündür.
Effektli rəng ahəngliyi axtarın. Ən sadə bir süjet belə bütünləşdirilmiş və effektli rəng ahəngliyi sayəsində nəzərləri öz üzərinə cəlb edəcək. Özündə 2-3 əsas rəngi ehtiva edən süjetləri axtarmağa və ya yaratmağa çalışın. Məsələn, günəşli havada mavi səma fonunda müxtəlif kontrastlı obyektlərin şəklini çəkmək olar.
Maraqlı detalları vurğulayın. Bu, daha maraqlıdır, nəinki ümumi planda çəkilmiş foto. Məsələn, məşhur bir turistik məkana gəldikdə elə özünüzün də bələdçi kitabçalarında dəfələrlə rastlaşdığınız şəkilləri çəkmək riski ilə qarşılaşırsınız. Bir dönüb ətrafa baxın, maraqlı detalları araşdırın, nohurlardakı və binaların pəncərələrindəki inikasa nəzər yetirin, insanları müşahidə edin - bununla da çəkdiyiniz kadrlar daha özəl və maraqlı olacaq. Huawei Mate 20 Pro smartfonunun kamerasının üçölçülü yaxınlaşdırma imkanlarından istifadə edərək uzaqda yerləşən obyektlərin keyfiyyətli şəkillərini çəkə bilərsiniz.
Filtrlərdən istifadə. Elə çəkiliş anında öz şəkillərinizə istədiyiniz effekti vermək - onları daha işıqlı, ecazkar və ya dramatik etmək üçün bəzən cəmi bir düzəliş kifayətdir. Huawei Mate 20 Pro smartfonunda şəkil filtrlərinin səviyyəsini dəyişmək mümkündür - şəkillərin tonunu ehmalca və ya çox ifadəli formada dəyişə bilərsiniz.
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:
https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A
Reklam hüququnda