Dünya şöhrətli ətir brendi M. Micallef Azərbaycan üçün əhəmiyyətli layihəyə imza atdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya şöhrətli ətir brendi M. Micallef Azərbaycan üçün əhəmiyyətli layihəyə imza atdı – FOTO

11:00 - 12 / 02 / 2019
Dünya şöhrətli ətir brendi M. Micallef Azərbaycan üçün əhəmiyyətli layihəyə imza atdı – FOTO

Bütün dünyada öz adından bəhs etdirən ətir brendi M. Micallef, Gazelli Group Azerbaijan və IDEAL perfumery & cosmetics mağazalar şəbəkəsi Azərbaycan incəsənətini təbliğ etmək üçün öz unikallığı ilə seçilən əməkdaşlığa başladılar.

Sözügedən sosial layihə nəticəsində M. Micallef elit ətirinin şüşəsi azərbaycanlı gənc rəssam tərəfindən dizayn ediləcək.

2018-ci ilin dekabr ayının sonunda M.Micallef parfümünün ətirləri ilə tanış olduqdan sonra öz təəssüratlarını eskizlərdə əks etdirərək, fotoşəkillərini müsabiqənin təşkilatçılarına göndərmiş 17 gənc layihədə iştirak etmək üçün dəvət olunub. 

Ən gözəl hesab olunan iş, bu möhtəşəm brendin konseptual tərzində bəzədilmiş M. Micallef kolleksiyasından olan ətirlərin şüşəsində çap formasında əks olunacaq.

Müsabiqəninin qalibini Ruhulla Həsənzadəni fevralın 10-da Gazelli Art House Gallery-də Martina Micallef şəxsən elan edib.

Bu layihə azərbaycanlı gənc rəssamların yaradıcılıq potensiallarını aşkar etməsinə imkan verməklə yanaşı, həm də maddi baxımdan böyük əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan müsabiqəsinin qalibi M. Micallef ətriyyatının dünya miqyasında satışının 5% -ni müəllif işi olaraq əldə edəcək.

Azərbaycanlı rəssamın çəkdiyi şəklin əks olunduğu eksklüziv şüşələr M.Micallef brendinin təmsil olunduğu Avropanın, Asiyanın və Yaxın Şərqin 75 ölkəsində, 900 parfümeriya mağazasının rəflərində yerləşdiriləcək və bu, Azərbaycan incəsənətinin bütün dünyada təbliğinə təkan verəcək.

M.Micallef rusiyalı rəssam Aleks Doll və hollandiyalı rəssam Marian Venderbohun işini eksklüziv şüşələrin dizaynında istifadə edərək, əvvəllər Rusiyada və Hollandiyada da oxşar layihələr həyata keçirib.

Beləliklə, dünya şöhrətli ətir brendinin yaradıcı sosial ideyasını həyata keçirdiyi üçüncü ölkə Azərbaycan olacaq və bu, bizim üçün çox qürurvericidir.

Martina Micallef Bakıda olarkən ətirlərinin unikallığını, orijinallığını və yüksək keyfiyyətini vurğulayan nadir təbii maddələrdən istifadə edərək, yaradılan şedevrlərin yaranma sirlərini izah etdi.

Qeyd edək ki, M.Micallef ətriyyat evi 1996-cı ildə Fransanın Qrasse şəhərində bir-birini sevən cütlük - Martina Micallef və Ceffri Neyman tərəfindən təsis edilib. M. Micallef, həmçinin Swarovski kristalları ilə bəzədilmiş unikal şüşə istehsalı ilə məşhurdur.

Martina müsahibələrin birində incəsənətin müxtəlif elementlərini bir-biri ilə birləşdirərək, rəsm çəkməyi sevdiyini qeyd edib.

Şərqin cazibəsi ilə Avropa əhval-ruhiyyəsinin birləşdiyi Azərbaycan onun üçün böyük maraq doğurur.

Gazelli Group 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərərək, peşəkar kosmetika, fərdi baxım məhsulları və təbii maddələrdən hazırlanmış fərdi məhsullar istehsal edir. Gazelli Group-un məşhur brendlərinə - Gazelli SkinCare, Buta, Aroma Collection, Chocolate&Vanilla, Sun Lab daxildir. İstehsal olunan yüksək keyfiyyətli məhsullar "Made in Azerbaijan" milli strategiyasının bütün tələblərinə cavab verir (GMP - ISO 22716: 2007). Bundan başqa, Gazelli Group, trendləri nəzərə alaraq müxtəlif yaradıcı proqramlar həyata keçirir.

IDEAL Perfumery & Cosmetics mağazalar şəbəkəsi 1999-cu etibarən fəaliyyət göstərir. M. Micallef məhsulları dəbdəbəni sevən və bədii zövqə malik şəxslər üçün məhz  IDEAL mağazalarında təqdim olunub.

Əbəs yerə demirlər ki: “Əgər parfüm şüşə içərisində olan ətirli mayedən də artıqdırsa, deməli, o, M. Micallef-in incəsənət əsəridir”.

Reklam hüququnda

Paylaş:
883

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar17 / 05 / 2024, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib17 / 05 / 2024, 13:52
Bütün xəbərlər