Azərbaycanda icazəsiz ov edən ərəb saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda icazəsiz ov edən ərəb saxlanılıb

17:00 - 14 / 02 / 2019
Azərbaycanda icazəsiz ov edən ərəb saxlanılıb

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlayıb.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

S.Xankişiyeva

 

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər