Huawei Mate 20 Pro flaqman modeli Kirin 980 çipi ilə 75% daha üstün performans göstərir – FOTO
Huawei şirkəti özünün Mate 20 Pro modelində son nəsil texnoloji nailiyyətləri tətbiq edib.
Belə ki, şirkət Mate 20 Pro flaqman modelində yeni nəsil prosessor istifadə edib ki, nəticədə bu smartfon modeli əvvəlki seriyalardan daha üstün nəticələr nümayiş etdirib.
Belə ki, Mate 20 Pro-da istifadə olunan və 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış 8 nüvəli Kirin 980 prosessoru əvvəlki nəsil sistemdən fərqli olaraq 75% daha üstün performans və 58% daha üstün güc verir. Prosessorun 8 nüvəsindən 4-ü Cortex A76, digər 4-ü isə Cortex A55 arxitektura sisteminə sahibdir. Smartfondakı dörd iri nüvələrdən ikisi 2.6 qiqaherz, digər ikisi isə 1.92 qiqaherz tezliyində çalışır. Cortex A55 nüvələri isə 1.8 qiqaherz tezliyində çalışır.
Qeyd edək ki, Kirin Mərkəzi Prosessor Modulu Subsistemi böyük, yüksək istehsal qabiliyyətli nüvələri dərhal və intensiv iş yüklərini idarə etmək, böyük və yüksək performanslı nüvələri dayanıqlı performans göstərmək, ultra-effektiv nüvələri isə maksimal enerji effektivliyi ilə yüngül və arxa fon əməlliyyatların icrası üçün istifadə edir.
Huawei yüksək texnologiyaların tətbiqi ilə insan həyatını daha müsbət istiqamətdə dəyişəcək yenilikləri təqdim etməkdə davam edir.
Huawei şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. Huawei dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:
https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A
Reklam hüququnda