Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən müğənniyə hökm oxunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən müğənniyə hökm oxunub

17:22 - 18 / 02 / 2019
Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən müğənniyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

1news.az-ın verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında T.Vəlizadənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib konsert təşkil edəcəyi vədini verib.

T.Vəlizadə, ümumilikdə, həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

S.Xankişiyeva

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər