Antisanitar şəraitə görə bu şirniyyat evi bağlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Antisanitar şəraitə görə bu şirniyyat evi bağlandı

15:06 - 19 / 02 / 2019
Antisanitar şəraitə görə bu şirniyyat evi bağlandı

Bir müddət əvvəl "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılmışdı.

Məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırmalar həyata keçirilib.

1news.az-a Agentliyin mətbuat xidmətindən verilən məlumata əsasən, araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilmiş və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib.

Bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

S.Xankişiyeva

 

 

 

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər