Vüqar Bayramov: Azərbaycan Prezidenti bu fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan Prezidenti bu fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu

16:40 - 19 / 02 / 2019
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu

Azərbaycan Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı uzun müddət müzakirə edilən və vətəndaşlarımız üçün aktual olan problemin həllinə hüquqi zəmin formalaşdırıb. Nəzərə alsaq ki, çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirilir, bu, olduqca mühüm bir Fərmandır. Bir sözlə, Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu.

1news.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, 2019-cu il yanvarın 1-dək inşa edilmiş bütün çoxmənzilli binalarla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəyin hazırlanması və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi nəzərdə tutulur. Müsbət rəy alan binalar komitə tərəfindən istismara buraxılacaq və həmin mənzillərdə yaşayan vətəndaşlar çıxarışla təmin olunacaq. Fövqəladə Hallar Nazirliyi rəyi iki ay ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcək. Komitə isə binaların yeddi gün ərzində istismara verilməsi ilə bağlı qərar qəbul edəcək. Göründüyü kimi, olduqca qısa zamandır. Yeni Fərman imkan verəcək ki, vətəndaşlar çoxmənzilli binalarda kommunal xidmətlərlə tam təmin olunsunlar.

Ekspert əlavə edib ki, bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib. Yeni Fərman bu kimi problemlərin aradan qaldırılmasına imkan verəcək. Bu proses bir ay müddətində həyata keçiriləcək.

Vüqar Bayramov qeyd edib ki, bu Fərmanın imzalanması əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasəti istiqamətində atılan daha bir önəmli addımdır.

1news.az

Paylaş:
446

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər