Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası başlayıb

11:53 - 19 / 02 / 2019
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası başlayıb

Fevralın 19-da Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın nəqliyyat sahəsində gördüyü işlər barədə danışıb.

Dəmir yolu, gəmiçilik, aviasiya sahəsində əldə edilən uğurlardan bəhs edən nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının da yüksək infkişafını diqqətə çatdırıb.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanın nəqliyyat sahəsindəki fəaliyyətini yaxından izlədiklərini, ölkənin logistik mərkəzə çevrilməsinin şahidi olduqlarını bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa və Asiya arasında mühüm tranzit yolu olduğunu deyən H.Hololey Heydər Əliyev Beynəlxalq Aeroportuna səfər etdiyini, “Azərbaycan Hava Yolları” QSC-nin, “Buta Airways” şirkətinin və “Silk Way”in fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC böyük gəmiçilik şirkətidir və yükdaşımalarda böyük paya sahibdir.

Görüş regional əməkdaşlıq, çoxtərəfli məsələlər, hava, dəniz, yol, dəmir yolu və şəhər nəqliyyatı ilə bağlı mövzuların müakirəsi ilə davam edir.

S.Xankişiyeva

 

Paylaş:
367

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər