Huawei flaqman modelində təkmil biometrik təhlükəsizlik sistemi təqdim edib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Huawei flaqman modelində təkmil biometrik təhlükəsizlik sistemi təqdim edib – FOTO

11:30 - 20 / 02 / 2019
Huawei flaqman modelində təkmil biometrik təhlükəsizlik sistemi təqdim edib – FOTO

Huawei şirkəti özünün yeni təqdim olunmuş Mate 20 Pro modelində son nəsil yeniliklər etməklə istifadəçilərə yeni nəsil bir smartfon təqdim edib.

Şirkət flaqman modelində üstün kamera, qısa müddətdə daha çox enerji yığılması, yeni prosessorla yanaşı həm də yenilənmiş bir biometrik təhlükəsizlik sistemi tətbiq edib.

Artıq Huawei Mate 20 Pro modeli istifadəçilərə təkmilləşmiş Face Unlock (üz tanıma sistemi ilə telefonun kilidinin açılması) sistemini 3D Face Unlock ilə tədqim edib. Belə ki, istifadəçi sistemi ayarlayandan sonra telefonun kilidinin açılması üçün smartfonu yuxarı qaldıraraq öz üzünü skan etməlidir. 3 D Face Unlock sistemi insan üzünün daha dəqiq və dərindən tanıma üçün 3 D kameranı istifadə edir ki, bu zaman kamera istifadəçinin üzündə 30.000-dən çox nöqtəni oxuyaraq istifadəçinin üzünü və onun konturlarını formalaşdırır. 3 D Face Unlock sisteminin insan üzünü tanımasında səhflik 1/1.000.000 –in altındadır.

Həmçinin şirkət bu modeldə barmaq izi tanıma sistemini də tətbiq edib. İstifadəçilərin bu funksiyanı çox sevmələri nəzərə alınıb və bu sistem saxlanılıb. Şirkət telefonda barmaq izi tanıma sistemi üçün sensor qurğu istifadə edib. İstifadəçi sadəcə olaraq ekranda müvafiq yerdə əks olunan barmaq izinin üstünə barmağını toxunduraraq telefonu aktiv edə bilər.

Şirkət öz smartfon modellərində üstün texnologiyaları tətbiq etməkdə davam edir.

Huawei şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. Huawei dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Reklam hüququnda

 

Paylaş:
553

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər