“AzerGold” sikkə və külçələrin təqdimat mərasimini keçirib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold” sikkə və külçələrin təqdimat mərasimini keçirib – FOTO

10:35 - 25 / 02 / 2019
“AzerGold” sikkə və külçələrin təqdimat mərasimini keçirib – FOTO

22 fevral tarixində “AzerGold” QSC Heydər Əliyev Mərkəzində Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələrin təqdimat mərasimini keçirib.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə müşahidə olunan hərtərəfli inkişafın təməlinin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yerli biznesə göstərdiyi dəstək və diqqətin sayəsində müxtəlif seqmentləri əhatə edən keyfiyyətli məhsul və xidmətlərin dünya bazarlarında böyük uğur qazandığını bildirib.

Milli qızılımız və gümüşümüzdən sikkə və külçələrin istehsalının “Made in Azerbaijan” brendinin təşviqinə və möhkəmlənməsinə önəmli töhfə verəcəyini deyən sədr, qızıl və gümüş məhsulların vətəndaşlara premium-klass keyfiyyət təqdim edəcəyini vurğulayıb.

Daha sonra külçə və sikkələrin istehsal prosesi haqqında bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov sikkə və külçələr haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ilkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilib. Növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.

5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.

Təqdimat mərasimində yüksək vəzifəli hökumət rəsmləri, incəsənət və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak ediblər.         

Reklam hüququnda

Paylaş:
1062

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər