İsveçrə səfirliyi tar ifaçısının konsertini keçirəcək

İsveçrə səfirliyi bakılıları və paytaxtımızın qonaqlarını fevralın 27-də saat Milli Konservatoriyanın böyük zalında tanınmış tar ifaçısı Şəhriyar İmanovun konsertinə dəvət edir.
1news.az-a səfirlikdən verilən məlumatda deyilir ki, konsert 19.00-da başlayacaq.
Qeyd edilib ki, tar xalq musiqisində istifadə olunan Azərbaycanın ənənəvi simli alətidir. İsveçrə özünün İnkişaf və Əməkdaşlıq Agentliyi vasitəsilə tar və piano üçün musiqi notlarının transkripsiyası və nəşrini maliyyələşdirib. Kitabda 20-ci əsrin çox məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada göstərilir. Bu, yeni musiqi kitabı Milli Konservatoriyanın tədris planına daxil ediləcək və bu konsert çərçivəsində ictimaiyyətə təqdim olunacaq.
P.Sultanova