Səfir: Bu sammitə ev sahibliyi etməsi Misirin regional və beynəlxalq məsələlərdə aparıcı rolunun göstəricisidir

Misir Ərəb Respublikası ilk dəfə olaraq prezident Əbdul Fəttah Sisinin və Avropa Şurasının sədri Donald Tuskun birgə başçılılq etdiyi Ərəb-Avropa Sammitinə ev sahibliyi edib.
1news.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Adil İbrahim bildirib.
Səfirin sözlərinə görə, sammit hər iki tərəfdən 50 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə “Sabitliyə investisiya” adı altında 24-25 fevral tarixlərində Şarm əl-Şeyx şəhərində keçirilib.
Adil İbrahim qeyd edib ki, Ərəb və Avropa tərəflərinin zirvə toplantısında yüksək səviyyədə iştirakı Misir dövlətinin hörmət və etibarlılığının, eləcə də Misirin regional və beynəlxalq məsələlərdə aparıcı rolunun aydın göstəricisidir.
“Zirvə toplantısında hər iki tərəfi maraqlandıran bir sıra məsələlərə, o cümlədən bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında siyasi, təhlükəsizlik, iqtisadi cəhətdən Ərəb-Avropa əlaqələri, eləcə də, miqrasiya və qaçqınlar, terrorla mübarizə, ticarət və inkişaf, iqlim dəyişikliyi, Suriya və Yəməndə münaqışələrin müzakirəsi və sülh prosesinə dair məsələlərə toxunulub.
Prezident Əbdul Fəttah Sisi çıxışı zamanı qeyd edib ki, sammit xəbərlər və mövcud problemlərin həll olunması keyfiyyətinə dair müştərək bir nəzəriyyə və təsəvvür əldə etmək üçün Ərəb və Avropa tərəflərinin dialoqun gücləndirilməsində və aralarında olanları kollektiv bir şəkildə koordinasiya edilməsində qarşlıqlı maraqlarını əks edir. Habelə, cənab prezident Fələstin probleminin ərəblərin əsas problemi olduğunu vurğulayıb və bu münaqişənin davam etməsinin bütün ölkələr üçün pis nəticələri verməsindən xəbərdarlıq edib”, - deyə səfir fikrini yekunlaşdırıb.
P.Sultanova