“Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının Kanadada təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının Kanadada təqdimatı olub – FOTO

12:45 - 01 / 03 / 2019
“Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının Kanadada təqdimatı olub – FOTO

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müəllifi olduğu, Kanadanın nüfuzlu akademik nəşriyyatı “McGill – Queen’s University Press” tərəfindən çap edilmiş “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” (Resettling the Borderlands and Ethnic Conflict in South Caucasus) kitabının Kanadanın Toronto Universitetinin Mank mərkəzində və Ottavadakı Çarlton Universitetinin Eurus mərkəzində təqdimatı keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, kitabda Çar Rusiyası və sonradan Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həyata keçirilən köçürmə siyasəti, bununla əlaqədar regionda müşahidə edilən sosial-demoqrafik proseslər, o cümlədən ermənilərin Qarabağ və İrəvan xanlıqlarında məskunlaşdırılması, XX əsrin əvvəllərində baş vermiş etnik münaqişələrin səbəbləri və nəticələri, eləcə də 1948-1953-cü illər ərzində azərbaycanlıların Ermənistandan deportasiyası haqqında məlumatlar öz əksini tapıb.

Təqdimatda universitetlərin tələbə və müəllim heyəti, habelə Kanadanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Səfər zamanı Fərid Şəfiyev Eurus və Mank mərkəzlərinin rəhbər şəxsləri ilə görüşlər keçirib, qurumlar arasında gələcəkdə həyata keçiriləcək mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

S.Xankişiyeva

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər