XİN-dən Paşinyana: Ermənistanlı gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var? | 1news.az | Xəbərlər
Siyasət

XİN-dən Paşinyana: Ermənistanlı gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var?

12:05 - 05 / 03 / 2019
XİN-dən Paşinyana: Ermənistanlı gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var?

Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistanın baş nazirinə belə bir sual ünvanlamaq istərdim.  Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?

1news.az xəbər verir ki,  bu barədə Azərbaycan XİN-in mətbuat katibi leyla Abdullayevanın Ermənistanın baş nazirinin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlərlə bağlı açıqlamasında deyilir.

“Ermənistanın baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir.

Bölgənin “yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir.

Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaqdır. Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir.

Bu, çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim”, mətbuat katibi əlavə edib.

P.S.

 

 

 

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər