Norveçin Bakıdakı səfirliyinin bağlanacağı TARİX məlum olub

Norveç Krallığı Azərbaycandakı səfirliyini cari ilin iyun ayında bağlayacaq.
Bu barədə 1news.az-a Norveçin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thuen məlumat verib.
Onun sözlərinə görə, bundan sonra Norveçlə Azərbaycan arasındakı diplomatik əlaqələri bu ölkənin Ankaradakı səfirliyi koordinasiya edəcək:
“Ankaradakı səfirlik daha geniş imkanlara malikdir, ona görə də koordinasiya bu səfirliyə həvalə ediləcək”.
Diplomatın sözlərindən o da məlum olub ki, Azərbaycan vətəndaşları bundan sonra viza almaq üçün də Norveçin Ankaradakı səfirliyinə müraciət etməli olacaqlar.
Bundan əlavə, hazırda tərəflər arasında fəxri konsulun təyin edilməsi məsələsi müzakirə edilir, uyğun namizədlər nəzərdən keçirilir.
“Azərbaycanda səfirliyimizin bağlanması münasibətlərimizə təsir göstərməyəcək, biz müxtəlif sahələrdə əlaqələrimizi davam etdirəcəyik”, deyə norveçki diplomat vurğulayıb.
Xatırladaq ki, ötən ilin noybarında Norveç XİN Bakıda səfirliyini bağlayacağını açıqlayıb. Qeyd edilib ki, Norveç paralel olaraq gələn ildən Tbilisdə diplomatik nümayəndəliyini açmağı planlaşdırır.
P.Sultanova