Kapital Bank “İtirdiyimiz qızlar” sosial layihəsini təqdim edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank “İtirdiyimiz qızlar” sosial layihəsini təqdim edib

12:00 - 06 / 03 / 2019
Kapital Bank “İtirdiyimiz qızlar” sosial layihəsini təqdim edib

Kapital Bank BMT-nin Əhali Fondu (BMTƏF) ilə birgə əməkdaşlığı əks etdirən memorandum imzalayıb. Memorandum çərçivəsində ilk layihə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan “İtirdiyimiz qızlar” adlı ictimai vəkillik kampaniyasıdır. Kampaniyanın kreativ tərəfdaşı Endorphin reklam agentliyidir.

Kampaniya çərçivəsində sosial mediada bir sıra aktivliklər və Kapital Bank-ın filiallarında, doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı məlumatlandırma materialları paylanacaq. Bununla bağlı regionlarda sorğu keçirilib (https://www.youtube.com/watch?v=QBtbZTZNfUc). Video çarxda insanların verdiyi cavablar həqiqətən də bu problemin kökünün cəmiyyətin düşüncəsində necə kök saldığını göstərir.

Yuxarıda sadalananlardan əlavə olaraq kampaniyanın əsas vizualları maraq kəsb edir. Kölgədə qız uşaqları olmasına baxmayaraq əsas görünən hissədə onların yoxluğu insanın emosiolarına toxunur və problemin dərin mahiyyətini izah edir. Həmçinin www.itirdiyimizqizlar.az saytı bir sıra statistik göstəriciləri özündə əks etdirir.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərinə qədər Azərbaycanda doğulan uşaqların cins nisbəti bioloji normaya uyğun idi.  Dövlət Statistika Komitəsinin məlumatına görə, sonradan bu nisbət 1990-cı ildə hər 100 qız uşağına 107 oğlan, 2003-cü ildə isə hər 100 qız uşağına 118 oğlana qədər artmışdır. 2015-2017-ci illərdə isə bu göstərici bir qədər azalaraq 114-ə enmişdir. Oğlan uşaqlarına üstünlüyün verilməsi Azərbaycanda mövcud olan patriarxal ailə strukturu və təcrübələrin səciyyəvi komponentidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
429

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər