Bakıda lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası açıqlandı

13:51 - 07 / 03 / 2019
Bakıda lisey və gimnaziyalara 1-ci sinfə qəbul qaydası açıqlandı

Bakıda növbəti tədris ili üçün lisey və gimnaziyalara 1-ci sinfə qəbulun aparılması qaydası açıqlanıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib ki, Bakıda 3 təhsil müəssisəsi - Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas məktəbi istisna olmaqla, məktəbin yerləşdiyi ərazi üzrə qeydiyyatda olan bütün uşaqlar üçün qalan lisey və gimnaziyalara I sinfə şagird qəbulu müsabiqəsiz aparılacaq.

Onun sözlərinə görə, uşaq lisey və gimnaziyaların olduğu ərazi üzrə yaşamırsa (rəsmi qeydiyyatla), onda onun lisey və gimnaziyalara 1-ci sinfə qəbulu müsahibə ilə aparılacaq. Müsahibədən keçən uşaq lisey və gimnaziyaya daxil olmuş hesab ediləcək.

1news.az

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər