1news İnformasiya Agentliyinin yaranmasından 12 il ötür

Bu gün 1news İnformasiya Agentliyinin yaranmasından 12 il ötür.
2007-ci ildə təsis olunan 1news İnformasiya Agentliyi tək Azərbaycanda deyil, həm də Cənubi Qafqazda ən məşhur və etibarlı xəbər mənbələrindən biridir.
Aylıq auditoriyamız təxminən 1 milyon unikal ziyarətçini əhatə edir (Google Analytics-in məlumatına əsasən). Sosial şəbəkələrdə, məsələn Facebook-da abunəçilərimizin sayı isə 1,4 milyondan çox aktiv istifadəçidən ibarətdir.
Biz iki dildə - rus və Azərbaycan dillərində ən mühüm yerli və qlobal problemlər və məsələlər barədə məlumatları sizə çatdırmaq üçün çalışırıq.
Oxucularımız saytımızda yalnız xəbərlərlə deyil, həm də analitik materiallar, müsahibələr və şərhlər, eləcə də video və foto materiallarla tanış ola bilərlər.
Artıq 12 ildir bizimlə birgə olduğunuz üçün sizə təşəkkür edirik!
Bizi sosial şəbəkələrdə oxuyun:
1news.az Facebook-da
1news.az Twitter-də
1news.az Instagram-da
1news.az Telegram-da
1news.az WhatsApp-da
1news.az