Qazaxıstan səfiri BDU-nun yeni rektoru ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstan səfiri BDU-nun yeni rektoru ilə görüşüb

09:46 - 13 / 03 / 2019
Qazaxıstan səfiri BDU-nun yeni rektoru ilə görüşüb

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabaev Bakı Dövlət Universitetinin (BDU) yeni təyin olunmuş rektoru Elçin Babayevlə görüşüb.

1news.az səfirliyə istinadla xəbər verir ki, görüş zamanı tərəflər BDU ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivlərini, elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsini, qarşılıqlı olaraq tələbə- müəllim mübadiləsinin təşkili barədə fikir mübadiləsi aparıblar.

Tərəflər BDU ilə Qazaxıstan səfirliyinin iki qardaş ölkənin elm və təhsil əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş qarşılıqlı əməkdaşlığının gələcəkdə də yüksək səviyyədə olacağına əminliklərini ifadə ediblər.  

Qazaxıstan səfiri E. Babayevə xatirə kitabı təqdim edib.

P.Sultanova

 

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər