Nazir: Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini dəstəkləyəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini dəstəkləyəcək

11:22 - 18 / 03 / 2019
Nazir: Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini dəstəkləyəcək

Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır.

1news.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının açılışında deyib.

Nazir qeyd edib ki, bu tədbir Azərbaycanın neft sənayesində tarixi rolunu göstərir: "Azərbaycan böyük həcmdə neft ixrac etmir, lakin dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Ümid edirəm ki, OPEC+ xartiyasının hazırlanması tezliklə başa çatacaq".

P.Şahbazov bildirib ki, ölkələrin əməkdaşlığı neft bazarında risklərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir: "OPEC+ neft bazarına əsas dəstəyi təmin edir. Hazırda bu razılaşmanın müsbət nəticələrini görürük".

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası öz işinə başlayıb. Toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.

1news.az

Paylaş:
396

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər