Yeyib-içdiyi evdə öncə qadını, sonra özünü bıçaqladı

Gəncədə bıçaqlanma olub.
1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, şəhər sakini 30 yaşlı İsmayılov Amin bayram günü qohumu 34 yaşlı Abbasova Gülmiragilə gedərək orada yeyib-içib.
Daha sonra səbəbi bilinməyəmn mübahisə səbəbindən Amin öncə Gülmiranı, sonra özünü bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
S.Xankişiyeva
420