MFL qayğıya ehtiyacı olan uşaqları sevindirdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

MFL qayğıya ehtiyacı olan uşaqları sevindirdi – FOTO – VİDEO

16:10 - 29 / 03 / 2019
MFL qayğıya ehtiyacı olan uşaqları sevindirdi – FOTO – VİDEO

MFL hər il olduğu kimi bu mövsüm də xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib.

1news.az xəbər verir ki, Liqanın kollektivi 20 mart Novruz bayramı günündə Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən uşaq sığınacağı-reinteqrasiya mərkəzinin qonağı olub.

Nəzərinizə çatdıraq ki, tədbir MFL-in və MFL-də çıxış edən bəzi komandaların maliyyə dəstəyi ilə baş tutub. Eyni zamanda “McDonald's, AFFA və 1news İnformasiya Agentliyi də tədbirin təşkilinə yaxından dəstək olublar.

Balacaların məskunlaşdığı məkana baş çəkən heyət mərkəzə MFL adından lazımi qida və təsərrüfat malları verib.

Daha sonra balacalar xüsusi avtobusla kinoteatra “Əjdahanı necə əhliləşdirməli-3” filminə baxmağa gediblər.

Film bitdikdən sonra isə “McDonald's Azerbaijan” gün boyu əylənmiş və yorulmuş uşaqları “Happy Meal” menyusuna qonaq edib.

Tədbirlə bağlı fikirlərini bölüşən MFL-in direktoru Rəhman Hacıyev hər zaman xeyriyyəçiliyə böyük diqqət ayırdıqlarını söyləyib:

“MFL yalnız futbol deyil, MFL həm də bir ailədir. MFL-in xeyriyyə tədbirlərinə diqqəti hər zaman çox yüksək olub. Biz bu cür tədbirləri təşkil etməyi və dəstək verməyi öz borcumuz hesab edirik. Komandalar arasında ancaq futbolu deyil, həm də “fair play”ı, xeyriyyəçiliyin vacibliyini, eləcə də futboldan kənar olsa da hər kəsin bir şəxsiyyət kimi inkişaf etməsinə töhfə verən tədbirləri təbliğ edir və dəstəkləyirik. Buna görə də biz MFL olaraq hər il xeyriyyəçiliyə böyük diqqət ayırırıq. Bu fəaliyyətimiz bundan sonra da davam edəcək. Bu yaxınlarda uşaqlar üçün nəzərdə tutulan yeni bir layihəyə start verəcəyik. Yaxın günlərdə bununla bağlı geniş məlumat açıqlanacaq”.

1news.az

Paylaş:
1122

Son xəbərlər

Bütün xəbərlər