Dövlət Görük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Görük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək

16:40 - 27 / 03 / 2019
Dövlət Görük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev martın 30-da saat 10-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən 1news.az-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsi, Yevlax gömrük postu (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
409

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər