Bakı və Sumqayıtda İsveçrə musiqiçilərinin konsertləri olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı və Sumqayıtda İsveçrə musiqiçilərinin konsertləri olacaq

10:38 - 27 / 03 / 2019
Bakı və Sumqayıtda İsveçrə musiqiçilərinin konsertləri olacaq

İsveçrənin Azərbaycandakı səfirliyi Frankofoniya həftələri çərçivəsində isveçrəli musiqiçilərin Bakı və Sumqayıtda konsertini təşkil edəcək.

1news.az-a səfirlikdən verilən məlumata görə, musiqili duet Mark Aymon və Efraim Salzman martın 30-u, saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində tamaşaçıların qarşısına çıxacaq.

Aprelin 1-i saat 19.00-da isə isveçrəli musiqiçilərin Sumqayıt Dövlət Dram Teatrının binasında konsert verəcəklər. Bu konsert səfirliklə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı sayəsində baş tutacaq.

“Ah gözəl yay! Əbədi nəğmələr”  adlanan bu layihədə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazgar mahnıları ifa edəcəklər. Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.    

Mark Aymon 1982-ci ildə İsveçrənin Sion şəhərində anadan olub. O, səyahət və incəsənətə vurğun bir müğənnidir. "The astronaut", “An almond tree in winter”, "Marc Aymon” və "Of a single mouth” adlı dörd diskin müəllifidir. Onun mahnıları, xüsusilə, Cənubi Amerika, Afrika, İran, ABŞ və bütün fransızdilli ölkələrdə məşhurdur. O, həmçinin saysız-hesabsız konsertlərlə yanaşı Nyonda Paleo Festivalı da daxil olmaqla bir sıra məşhur festivallarda iştirak edib.

Ephraim Salzmann 1975-ci ildə İsveçrənin Naters şəhərində anadan olub və uşaqlığından bəri daim musiqi ilə təmasda yaşayıb və işləyib. O, ritm və zərb alətlərinə valeh olaraq müxtəlif alətlərdə Valais dulcimer, drums, Kotamo, Handpan, Bockhornxylo, Glasudu və s. ifalarla yadda qalıb. 20 ildən artıqdır ki, İsveçrənin Valaisdəki dünya səhnəsində və Almaniyada səhnəyə çıxır.

P.Sultanova

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər