“Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb – FOTO

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar.
“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - yanğınsöndürənlərdən biri bildirib.
Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var.
S.Xankişiyeva
733