Bakıda avtomobil piyadalara çırpıldı: ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil piyadalara çırpıldı: ölənlər var

11:50 - 01 / 04 / 2019
Bakıda avtomobil piyadalara çırpıldı: ölənlər var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.

Piyada keçidində sürücü piyadaları vurub. Daha sonra isə maşın avtobusa çırpılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb:

“Hadisə zamanı 44 yaşlı sürücü və 50-55 yaşlarında naməlum qadın dünyasını dəyişib. 60 yaşlarında qadın və 30 yaşlı kişi yaralanıb. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər”.

1news.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər