Bakıda Mədəniyyət evində yanğın olub – FOTO – YENİLƏNİB

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.
O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: “Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.
Hadisə yerinə "Təcili tibbi yardım" maşınları cəlb olunub. Xəsarət alan yoxdur.
09.25
Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib.
Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
S.Xankişiyeva