Yeni “BirKart BOKT” fəaliyyətə başladı
Kapital Bank-ın təsis etdiyi yeni “BirKart BOKT” MMC-nin ilk filialı fəaliyyətə başladı.
Filial Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 130D ünvanında olan Maxi.az mağazasında (İnşaatçılar metro stansiyasının yaxınlığında) yerləşir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək müştərilərə xidmət göstərir.
Bunu yaratmaqda əsas məqsəd partnyor mağazalarda və digər satış nöqtələrində müştərilərə faizsiz taksit imkanı verən kartın rəsmiləşdirilməsidir. Bununla da müştərilər mağazadan kənara çıxmadan, BirKart məhsulunu əldə etmək və istədiyi məhsulu faizsiz taksit şərtləri ilə almaq imkanı əldə edirlər. Yaxın zamanlarda daha bir neçə filialın açılması planlaşdırılır və qanunvericiliklə icazə verilən digər xidmətlər də müştərilərə təqdim olunacaq.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Məlumat üçün bildirək ki, “BirKart BOKT” MMC, Kapital Bank ASC tərəfindən təsis edilib və 5 noyabr 2018-ci il tarixindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən lisenziya əsasında fəaliyyətə başlayıb.
Reklam hüququnda