Son həftənin əsas hadisələri - İCMAL | 1news.az | Xəbərlər
Siyasət

Son həftənin əsas hadisələri - İCMAL

11:23 - 05 / 04 / 2019
Son həftənin əsas hadisələri - İCMAL

Son bir həftə Azərbaycanın xarici siyasətində bir sıra mühüm hadisələrlə yadda qaldı.

1news.az həftənin mühüm hadisələrinin qısa icmalını təqdim edir:

1. ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşü keçirilib. Görüşlə bağlı xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Aİ-nin mətbuat katibi bəyanat səsləndirib. Bəyanatda Avropa ittifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəklədiyini bildirib.

2. Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub. Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.

3. 2019-cu ilin 4 aprel tarixində Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 16-cı iclası keçirilib. İclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak ediblər. İclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlərin müzakirə olunub.

Federika Moqerinin mətbuat konfransı zamanı “İnşaallah, tezliklə ikitrəfli sazişi imzalayacağıq” ifadəsini işlədib.

Moqerinin deyib: “Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır və Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.

Biz hal-hazırda ikitərəfli saziş üzrə danışıqların vacib mərhələsindəyik, ....Bu ambisiyalı saziş münasibətlərimizi daha da inkişaf etdirəcək və dərinləşdirəcəkdir. Saziş həm Azərbaycan, həm də Aİ vətəndaşları üçün  faydalı olacaqdır.

ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə keçən həftə baş tutmuş Ermənistan və Azərbaycan liderlərinin son görüşünün pozitiv olmasının şahidi olduq. Yanvarda xarici işlər nazirlərinin iştirakı ilə əldə olunan Paris razılaşması, yüksək səviyyəli təmasların artması və atəşkəsin pozulma hallarının əhəmiyyətli dərəcədə azalması ilə yanaşı, bu  bizə ümid verir ki, nizamlanma prosesi irəliyə doğru gedə bilər və hər iki tərəf öhdəliklərə sadiq qalaraq danışıqları ilkin şərtsiz davam etdirəcəklər”.

Xarici işlər naziri E. Məmmədyarov çıxışında yeni saziş layihəsinin əhəmiyyəti və danışıqlarının tezliklə bitəcəyinə ümid ifadə etdi. 

4. 2019-cu ilin 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib. İclas NATO-nun 70-ci ildönümünə həsr olunub. NATO-nun Baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

5. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

6. Erməni lobbisinin Brüsseldə növbəti uğursuzluğu 

Məlum olduğu kimi, cari ilin 7 mart tarixində Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “parlament spikeri” Aşot Qulyan Avropa Parlamentinin (AP) vitse-prezidenti, fransalı deputat Silvi Qiyomla (Sylvie Guillaume) ilə görüşüb. 

Məsələ ilə bağlı, AP-nin prezidenti Antonio Tayani tərəfindən Milli Məclisin sədri  Oqtay Əsədova cavab məktubu ünvanlayıb. Bununla bağlı Milli Məclisin rəsmi məlumatı yayılıb. Məktubda AP üzvlərinin müstəqil mandatları çərivəsində hər hansı fərdi fəaliyyətinin məhdudlaşdırılmasının çətinliyinə işarə edən AP prezidenti Antonio Tayani S.Qiyomun A.Qulyanla şəxsi əsasda görüşdüyünü və bu görüşdə onun AP-nin münaqişə ilə bağlı mövqeyinə zidd hər hansı fikir səsləndirmədiyini vurğulayır, qondarma quruma istinad edilərkən “so-called” ifadəsi və dırnaqarası “” işarəsini işlədir. 

Məktubda göstərilən bu mövqe və münaqişə ilə bağlı AP-nin əvvəlki mövqeyinə istinadın vurğulanması A.Tayaninin və qurumun Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə mövqeyinin dəyişməməsinə birbaşa işarə verir. Xatırladaq ki, AP qaydalarına görə, AP adından rəsmi mövqeyi yalnız onun rəhbəri səsləndirə bilər. 

Məktubun sonunda, A.Tayani ölkə Prezidenti tərəfindən 400-dən çox məhbusun əfv olunmasını alqışlayır. Beləliklə, sözügedən məktubda yer alan məqamlar, eləcə də AP-nin son ildə qəbul etdiyi bir neçə qətnamədə əks olunmuş məlum mövqeyi (Azərbaycan daxil olmaqla bütün ŞT ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməsi) nəzərə alınmaqla işğalçı ölkə və onun lobbi qurumlarının Brüsseldə növbəti rüsvayçılığına diqqət çəkmək istərdik.

7. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nüfuzlu saytlarda iki məqaləsi dərc edib. Məqalələrdə ermənilərin danışıqlar formatını pozmaq cədlərinin, “ Dağlıq Qarabağın” danışıqlarda tərəf kimi çıxış etmək şərtinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməməsi və Ermənistanın taktikasının iflasa uğramasından, Vyana görüşünün nəticələrinə görə danışıqların formatı dəyişilməz qalmasının Azərbaycanın uğuru kimi qiymətləndirilməsindən bəhs olunur.

http://www.eurasiareview.com/03042019-whos-afraid-of-peace-oped/

https://moderndiplomacy.eu/2019/04/03/why-nikol-pashinyan-returned-from-vienna-empty-handed/

8. ABŞ-da ən məşhur erməni vəkili ANCA-nın və ümumiyyətlə erməni lobbisinin dayaqlarından biri Mark Geragosun başı dərddədir. M. Geragos Mike Avenatti (Stormy Danielsin keçmiş vəkili) ilə birləşib Nike Şirkətindən şantaj yolu ilə 20 milyon dollar qoparmaq istəyiblər. Avenattini bu gün tutublar.  Mark Geragosun da tutulması məsələsi baxılmaqdadır. CNN-in hüquqşünas təhlilçisi kimi də fəaliyyət göstərən Geragos skandaldan sonra artıq kanaldan uzaqlaşdırılıb. 

https://week.com/news/national-news-from-the-associated-press/2019/03/25/ap-source-celebrity-attorney-mark-geragos-was-co-conspirator-in-avenattis-alleged-extortion-of-nike/

https://www.huffpost.com/entry/mark-geragos-michael-avenatti-cnn_n_5c995988e4b0f7bfa1b57e7b

1news.az

 

 

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər