Hacı Nuranın yalanı üzə çıxdı – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Hacı Nuranın yalanı üzə çıxdı – FOTO

15:05 - 08 / 04 / 2019
Hacı Nuranın yalanı üzə çıxdı – FOTO

Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və onun şəklini paylaşdığı uşaq 10 milyonuncu vətəndaş deyil.

Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib ki, bu günə kimi ana və uşağın yanına heç kim buraxılmayıb:

“Mən heç kimi içəri buraxmamışam. Kimsə haradasa şəkil çəkdirib, sosial şəbəkələrdə yayıb. Onu öz adından verməsin, çünki bizdə o şəkil çəkilməyib və Hacı Nuranın qucağındakı uşaq həmin körpə deyil”.

Qeyd edək ki, Azərbaycanın 10 milyonuncu sakini Respublika Perinatal Mərkəzində dünyaya gəlib. Ötən gün tanınmış aparıcı Hacı Nuran sosial şəbəkə hesabında qucağında uşaqla foto paylaşıb. Bir çox saytlar həmin körpənin 10 milyonuncu vətəndaş olduğunu zənn edərək xəbərlər yayıblar.

Buta.media

S.Xankişiyeva

 

Paylaş:
2805

Son xəbərlər

Bütün xəbərlər