Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib - FOTO

Cari ilin aprelin 9 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikayel Moller ilə görüşüb.
1news.az-ın verdiyi məlumata əsasən, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı inkişaf məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama hərəkatına sədrliyi barədə müzakirələr aparılıb.
H.Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib.
1news.az


605