Rövşən Rzayev: Yataqxanada baş verən yanğın qəsdən törədilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövşən Rzayev: Yataqxanada baş verən yanğın qəsdən törədilib

14:51 - 10 / 04 / 2019
Rövşən Rzayev: Yataqxanada baş verən yanğın qəsdən törədilib

Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Komitə sədrinin sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb: "Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Qeyd edək ki, martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın zamanı ər və arvad olmaqla, iki nəfər həyatını itirmiş, 6 nəfər xəstəxanaya yerləşdirilmişdi.

Qaynarinfo

S.Xankişiyeva

 

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər