Elinanın intiharı ilə bağlı xidməti araşdırma bitib, nəticələr nazirə təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Elinanın intiharı ilə bağlı xidməti araşdırma bitib, nəticələr nazirə təqdim olunub

16:19 - 10 / 04 / 2019
Elinanın intiharı ilə bağlı xidməti araşdırma bitib, nəticələr nazirə təqdim olunub

Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

1news.az bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

1news.az

 

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər