Səhiyyə Nazirliyi: Yataqxanadakı yanğınla bağlı 7 nəfərə tibbi yardım göstərilib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi: Yataqxanadakı yanğınla bağlı 7 nəfərə tibbi yardım göstərilib – YENİLƏNİB

12:30 - 10 / 04 / 2019
Səhiyyə Nazirliyi: Yataqxanadakı yanğınla bağlı 7 nəfərə tibbi yardım göstərilib – YENİLƏNİB

Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın zamanı 7 sakinə yerində tibbi yardım göstərilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerində olan iki təcili tibbi yardım briqadası həmin şəxslərə dərhal tibbi yardım göstərib.

Onlardan 3 nəfər kişi, 3 nəfəri qadın, 1 nəfəri isə uşaqdır.

Qeyd edək ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb. Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.

12.06

Bakının Babək prospektində yerləşən yataqxana binasında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib.

Məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın zamanı 45 yaşlı kişi özünü yataqxana binasının 5-ci mərtəbəsindən atıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hazırda onun vəziyyəti ağırdır. Yaralı Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

azxeber.com

S.Xankişiyeva

 

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər