Azərbaycanlı dayə türkiyəli prodüserin evini soydu | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı dayə türkiyəli prodüserin evini soydu

15:26 - 11 / 04 / 2019
Azərbaycanlı dayə türkiyəli prodüserin evini soydu

Türkiyəli prodüser Osman Yağmurderelinin həyat yoldaşı Esin Yağmurdereli azərbaycanlı dayə tərəfindən soyulub.

Qısa müddət əvvəl şirkət vasitəsilə özünə dayə axtaran Esinin evinə gələn azərbaycanlı onun çayına yuxu dərmanı qatıb.

Evdəki zinət və Osman Yağmurderelinin özəl əşyalarını oğurlayan köməkçi yenidən Azərbaycana qayıdıb.

 “Üç gündür işə başlamışdı. Sonra bu hadisə yaşandı. Ən böyük problem dayəni təmin edən şirkətlərdədir. Onu Allaha həvalə edirəm” deyə, Esin bildirib.

Axşam.az

S.Xankişiyeva

 

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər