Bakıda ilk dəfə Qazaxıstanın "Mezzo" qrupunun konserti olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ilk dəfə Qazaxıstanın "Mezzo" qrupunun konserti olub - FOTO

15:45 - 11 / 04 / 2019
Bakıda ilk dəfə Qazaxıstanın "Mezzo" qrupunun konserti olub - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın Mezzo musiqi qrupunun Bakıda ilk solo konserti baş tutub.

1news.az xəbər verir ki, tədbir, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin 2017-ci ilin aprel ayında Bakıya etdiyi səfər zamanı iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi barədə əldə olunmuş razılıq və Qazaxıstanda gənclər ili çərçivəsində bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Konsertə Azərbaycanın Milli Məclis üzvləri, xarici ölkələrin diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət xadimləri, gənclər və Azərbaycan paytaxtının qonaqları qatılıblar.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxışda qrup barədə məlumat verib və qeyd edib ki, tədbir iki ölkə arasında mədəni əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli təkan verəcək.

Azərbaycanlı tamaşaçılar istedadlı solistləri çox isti qarşılayıblar. Qazaxıstanlı müğənniləri dünya neoklassikanın hitləri, məşhur Azərbaycan və qazax mahnıları ifa ediblər. Konsert tamaşaçıların gurultulu alqışları ilə tamamlanıb.

Konsertdən öncə qrup “106FM” radiosunun “Şəhər uşaqları” verilişinin qonağı olub və öz musiqisi, yaradıcılığı, Azərbaycana səfər barədə təəssüratları barədə danışıblar.

Eyni zamanda Qazaxıstandan olan qrup Fəxri Xiyabanı ziyarət edib və dünya şöhrətli müğənni, Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin məzarı üzərinə gül dəstələri qoyublar.

P.Sultanova

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər