Daha 147 şəhidin ailəsinə birdəfəlik ödəmə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 147 şəhidin ailəsinə birdəfəlik ödəmə veriləcək

10:10 - 12 / 04 / 2019
Daha 147 şəhidin ailəsinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında daha 147 şəhidin 222 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən 1news.az-a bildirilib ki, ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub.

12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, ötən dövrdə onlardan artıq 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

S.Xankişiyeva

 

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər