Ana 10 aylıq qızını öldürdü – Azərbaycanda

Ağdamda ana qızını qətlə yetirib.
1news.az-ın ONA-ya istinadla verdiyi xəbərə görə, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb.
Hadisənin təfərruatları araşdırılır.
S.Xankişiyeva
669