İranın sənaye, mədən və ticarət naziri Azərbaycana gəlir
İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani sabah Azərbaycana gəlir.
1news.az-a İranın Bakıdakı səfirliyindən verilən məlumata görə, R.Rəhmani Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayev və iş adamları ilə görüşəcək.
Səfər çərçivəsində Hacıqabul sənaye məhəlləsində Azərbaycan və İranın avtobusqayırma və yedək hissələrin birgə istehsalı üzrə layihənin təməli qoyulacaq.
Nazirin səfəri zamanı Azərbaycanda İran Ticarət Mərkəzinin açılışı gözlənilir.
Səfər zamanı Azərbaycan və İran arasında ikitərəfli iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgi əməkdaşlığı, memorandumlarının imzalanması haqda müzakirələr aparılacaq.
P.Sultanova