Xaçmazda “Lexus” kanala düşdü, sürücü suda boğuldu

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın məlumatına görə, hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Lexus” markalı maşın Xanarxı kanalına düşüb. Qəza nəticəsində sürücü - Qusarın Yuxarı Zeyxur kənd sakini 46 yaşlı Əziz Məlikov boğularaq ölüb.
Sürücünün meyiti FHN-nin xilasediciləri tərəfindən kanaldan çıxarmaq mümkün olub. O Məhkəmə TibbEkspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə aparılıb.
Rayon prokurorluğunda qəza ilə bağlı araşdırma başlanılıb.
1news.az
806