Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanılıb

14:40 - 18 / 04 / 2019
Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanılıb

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı 14 yaşlı Sənay Qəhrəmanlıya küçədə hücum edən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhər sakini Tural Qarayev saxlanılıb.

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.

1news.az

 

Paylaş:
627

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər