Nazir: Azərbaycan-İran əlaqələri intensiv inkişaf edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Azərbaycan-İran əlaqələri intensiv inkişaf edir

15:21 - 19 / 04 / 2019
Nazir: Azərbaycan-İran əlaqələri intensiv inkişaf edir

Azərbaycan-İran əlaqələri intensiv inkişaf edir.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sәnaye Mәhәllәsindә Azәrbaycan vә İranın birgә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәlqoyma mərasimi zamanı deyib.

O, xüsusilə, ikitərəfli humanitar əlaqələrin yüksək səviyyəsini, nəqliyyat-tranzit, enerji, neft-qaz, ticarət sahələrində uğurlu əməkdaşlığı qeyd edib.

Birgə layihələr barədə danışan Ş.Mustafayev Neftçala Sənaye Məhəlləsində uğurla fəaliyyət göstərən avtomobil zavodunu da qeyd edib. O bildirib ki, ötən il müəssisədə 1000-dən çox avtomobil istehsal olunub.

Nazir əlavə edib ki, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin səfəri çərçivəsində keçirilən görüşlərdə sənaye və ticarət sahələri ilə bağlı məsələlər müzakirə olunur.

Xatırladaq ki, bu gün Hacıqabul sәnaye mәhәllәsindә Azәrbaycan vә İranın birgә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәli qoyulub.

Tәmәlqoyma mәrasiminә Azәrbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev vә İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmani qatılıb.

Avtobus və yük avtomobili istehsalı zavodu “Azərmaş Sənaye” MMC tərəfindən inşa olunacaq. MMC-nin təsisçiləri “Azərmaş” (25 faiz) və “Qartal Az”dır (75 faiz).

Layihənin dəyəri 10 milyon avro təşkil edir. İlkin mərhələdə istehsal gücü ildə 500 avtobus və yük avtomobili təşkil edəcək, ikinci mərhələdə isə iki dəfə artırılacaq.

Zavodda 200 nəfər işlə təmin ediləcək. Avtobusların təqribi qiyməti 135-200 min avro, yük avtomobillərinin isə 70-90 min avro olacaq.

1news.az

 

Paylaş:
749

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər