“Formula 1” Azərbaycan Qran Prisinin bolidləri Bakıya gətirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Formula 1” Azərbaycan Qran Prisinin bolidləri Bakıya gətirilib

16:31 - 22 / 04 / 2019
“Formula 1” Azərbaycan Qran Prisinin bolidləri Bakıya gətirilib

“Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılmışdır.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilmişdir.

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınmışdır.  Milli yük aviadaşıyıcısı təkcə “Formula 1”-in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-Prisi 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
481

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər