Meksika səfirliyi Beynəlxalq Festivalda iştirak edib - FOTO

Meksikanın Bakıdakı səfirliyi ADA Universitetinin təşkil etdiyi VIII Beynəlxalq Festivalında iştirak edib.
1news.az-a səfirlikdən verilən məlumata görə, Meksikaya aid guşədə milli incəsənət, mədəniyyət və mətbəx nümunələri təqdim olunub.
Tədbir iştirakçıları bəzi Meksika təamlarını dadmaq imkanında olub, həmçinin, bu ölkə haqqında, ələlxüsus da təhsil və turizmi ilə bağlı daha çox məlumat əldə etməyə maraq göstəriblər.
Qeyd etmək lazımdır ki, bu diplomatik nümayəndəlik ənənəvi şəkildə adıçəkilən və hər il qeyd edilən Festivalda iştirak edərək, milli mədəniyyətlərin tanınmansının xalqların yaxınlaşması və ikitərəfli münasibətlərin möhkəmlənməsinə töhvə verdiyini hesab edir.
P.Sultanova
865