Rabitəbank ilk kompensasiyasını ödədi – FOTO
Bu gündən etibarən, ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, kompensasiyaların ödənilməsinə başlanılır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının ictimaiyyəti maarifləndirmə məqsədi ilə gördüyü bütün tədbirlərdə aktiv iştirak edən Rabitəbank, problemli krediti olan müştərilərə aidiyyəti üzrə konpensasiyasının ödənilməsinə və kreditlərin restrukturizasiyasının tətbiqinə başladı.
Bildiririk ki, Fərmana əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq həmin kreditlərə hesablanmış faizlər silinəcək və məhkəmədə olan işləri geri çağrılacaqdır.
Qeyd edək ki, problemli krediti olan hər kəs vaxt itkisi yaşamadan, kompensasiyalarını əldə etmələrinə görə bank tərəfindən göndərilən SMS-lərdə yaxınlaşacağı filial və tarix qeyd olunub.
Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 məlumat mərkəzinə zəng etmək kifayətdir.
Reklam hüququnda